Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yalançı təbliğatında ondan istifadə etməsin" - Ayaz Mütəllibov 

Ayaz Mütəllibov Paşinyana cavab verdi...

Ermənistan baş nazirinin adımı tez-tez xatırlamağa başlaması məni heç narahat etmir. Ancaq Paşinyandan xahiş edirəm ki, yalançı təbliğatında ondan istifadə etməsin".

PİA.az xəbər verir ki, bu sözləri virtualaz.org-a Ayaz Mütəllibov Ermənistan rəhbərinin, Azərbaycan eks-prezidentinin Xocalı faciəsində guya Azərbaycan müxalifətinin günahını etiraf etməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.

“Mən heç vaxt bunu deməmişəm. Əksinə, dəfələrlə bildirmişəm ki, o zaman baş verən hadisələr mənim əleyhdarlarım tərəfindən mənə qarşı istifadə edilib”, - deyə A.Mütəllibov bildirib.

Eks-prezident Paşinyana ölkəsinin problemlərini həll etməyi, xalqların barışması üçün zəmin hazırlamağı və populizmlə məşğul olmamağı tövsiyə edib: “Eybi yox, olsun, Paşinyan hər gün yuxuya gedəndə, yuxudan oyananda da mənim adımı sayaqlasın, amma həqiqəti söyləsin. Bir daha təkrar edirəm: Xocalı faciəsi birbaşa Ermənistanın Azərbaycana təcavüzünün nəticəsidir”.

Xatırladaq ki, bir gün əvvəl Nikol Paşinyan bəyan edib ki, Xocalı hadisələrində ermənilər deyil, Azərbaycan müxalifəti günahkardır. Bu zaman Ermənistan hökumətinin başçısı qeyd edib ki, guya bunu Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Ən çox oxunanalar